Ölkənin ilk supermarket şəbəkələrindən olan “Bizim Market” MMC fəaliyyətini dayandıracaq. Bu barədə 31 yanvar tarixində “Qafqazinfo” məlumat verib.
Bu səbəbdən şirkətin 29.12.2023-cü ilə qədər olan dövr ərzində nizamnamə kapitalı azaldılıb.
Artıq Bakıda fəaliyyət göstərən bir sıra “Bizim Market” filiallarının adı dəyişdirilib.
Qeyd olunub ki, şirkət bir müddət öncə “Grandmart”, “Bolmart” və “Megastore” supermarketlər şəbəkələri ilə gələcək fəaliyyətlərini birgə davam etdirmək qərarını almışdı.