Bakı Nəqliyyat Agentliyi auditor seçir. Bu barədə Report 12 aprel tarixində xəbər verib.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
Sorğunun qalibi "Professional Financial Experts" MMC-dir.
Qalib şirkətə 27 min manat ödəniləcək.