Bakıda yeniyetmə boksçular arasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirin keçirilmə günü dəqiqləşib. Bu barədə İnsanoid bu gün, 1 fevral tarixində xəbər verir.
2007-2008-ci il təvəllüdlü idmançılar arasında baş tutacaq yarış martın 28-də start götürəcək.
Heydər Əliyev kuboku qaliblərinin adlarına aprelin 1-də aydınlıq gələcək. Turnirdə martın 1-də komandaların gəlmə, aprelin 2-də getmə günü olacaq.
Qeyd edək ki, Azərbaycanda noyabrda təşkil olunacaq 22 yaşadək boksçular arasında Avropa çempionatının tarixi bu günlərdə dəqiqləşəcək.