“Bolmart” supermarketlər şəbəkəsinin Naxçıvan filialı açılıb. Bu barədə 20 aprel tarixində Report məlumat verib.
Mağazada 85 işçi çalışacaq.
Yeni xidmət sahəsinin fəaliyyətə başlaması Naxçıvanda sahibkarlığın inkişafına, məşğulluğun təmin edilməsinə öz töhfəsini verəcək.
Həmçinin yeni supermarket şəbəkəsi Naxçıvanda daxili bazarda pərakəndə satış üzrə önəmli yeniliklərə imza atacaq.
Açılışda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Naxçıvan Sahibkarlar Konfederasiyasının prezidenti Vüqar Abbasov iştirak ediblər.