Bakı sakini bıçaqlanıb, telefonu əlindən alınıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 19 aprel tarixində xəbər verir.
Aprelin 18-i saat 01:00 radələrində Yasamal rayonu ərazisində paytaxt sakini T.Məmmədova bıçaqla xəsarət yetirərək mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - Mirzə Hüseynov, Fərid Elayev və Əli İbrahimzadə müəyyən olunaraq saxlanılıblar.
M.Hüseynovun borclu şəxs qismində axtarışda olması da müəyyən olunub.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.