Şimal-qərb rayonlarının ərazisindən keçən magistral yolların vəziyyəti sürücülərə çətinlik yaradır. Bununla bağlı yerli sakinlər 2 yanvar tarixində İnsanoid-ə məlumat veriblər.
Söhbət Yevlax-Zaqatala-Gürcüstan magistral yolundan gedir. Vətəndaşlar burada asfaltın yararsız halda olmasından narazıdırlar. Sakinlərin sözlərinə görə, nəqliyyat vasitələri təxminən 80 km yolu 40-50 km/s sürətlə hərəkət etməli olur.
"Bu, Bakı ilə adıçəkilən regionu birləşdirən əsas yoldur. Gördüyünüz vəziyyət illərdir davam edir və gündən-günə pisləşir. Yol Zaqatalada "Şimşək" adlanan ərazidən Şəki şəhərində DYP-nin stasionar postuna qədər belədir. Bu da Balakən, Zaqatala və Qaxdan olan sakinlərin digər rayonlara, xüsusilə də paytaxta gediş-gəlişində çətinlik yaradır", – deyə izləyicimiz bildirib.
Həmin ərazidən foto və videogörüntüləri təqdim edirik:
[caption id="attachment_100041" align="alignnone" width="300"]
İnsanoid photo[/caption]
[caption id="attachment_100039" align="alignnone" width="300"]
İnsanoid photo[/caption]
[caption id="attachment_100040" align="alignnone" width="300"]
İnsanoid photo[/caption]