Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Ağcabədi rayon icra başçısı Rafil Hüseynovla görüşüb. Bu barədə 25 yanvar tarixində Report məlumat verib.
"Bu gün icra başçısı Rafil Hüseynov ilə görüşdüm. Görüş zamanı rayondakı Qadın Resurs Mərkəzinin fəaliyyətini və mərkəzin gender bərabərliyinin təmin edilməsinə verdiyi töhfələri müzakirə etdik", - bu barədə səfirin twitter paylaşımında deyilir.