Bu gün Azərbaycanın daha dörd cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə”də mübarizəyə başlayacaq. Bu barədə 25 mart tarixində Report məlumat verib.
Yarışın ikinci günündə 73 kq-da Rəşid Məmmədəliyev və Nəriman Mirzəyev, 81 kq-da isə Rüstəm Orucovla Elcan Hacıyev tatami üzərinə çıxacaq.
Məmmədəliyev gürcüstanlı Mixeili Baxbaxaşvili ilə, Mirzəyev italiyalı Eduardo Mella ilə qarşılaşacaq. Orucov Gürcüstanın digər təmsilçisi Zaur Dvalaşvilini, Hacıyev isə Portuqaliya cüdoçusu Anri Equtidzeni sınağa çəkəcək.
73 kq
1/32 final: Rəşid Məmmədəliyev - Mixeili Baxbaxaşvili (Gürcüstan)
1/32 final: Nəriman Mirzəyev - Eduardo Mella (İtaliya)
81 kq
1/16 final: Rüstəm Orucov - Zaur Dvalaşvili (Gürcüstan)
1/16 final: Elcan Hacıyev - Anri Equtidze (Portuqaliya)
Qeyd edək ki, yarışın ilk günündə Turan Bayramov (60 kq) qızıl, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıblar.