Mingəçevir şəhəri yaxınlığında - Bozdağ silsiləsi ərazisində bir qrup vətəndaş köməksiz vəziyyətdə qalıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 9 fevral tarixində məlumat verir.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunublar.
Bozdağ silsiləsində dərinliyi təxminən 50 metr olan dərədə üç nəfər vətəndaş köməksiz vəziyyətdə qalaraq həyati təhlükəli vəziyyətə düşüblər.
Xilasetmə vasitələrindən istifadə olunmaqla hər üç vətəndaş dərədən çıxarılaraq xilas edilib.