top
Brüsseldə baş tutan Azərbaycan, Aİ və Ermənistan arasında üçtərəfli görüşün yekunları
06 aprel 2022, 22:45
- ↺ +

Brüsseldə baş tutan Azərbaycan, Aİ və Ermənistan arasında üçtərəfli görüşün yekunları

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında görüş baş tutub. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat paylaşıb.

Şarl Mişel görüşdən sonra bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında Fransa Prezidenti Emmanuel Makronla videokonfransdan sonra baş verənləri qiymətləndiriblər.

Görüşdə üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyi təkrarlanıb. Ölkə başçıları humanitar məsələlərə də toxunub, məhbusların azad edilməsinin və itkin düşmüş şəxslərin probleminin həllinin vacibliyini vurğulayıblar. Liderlər, həmçinin Cənubi Qafqazda kommunikasiya infrastrukturunun bərpasını müzakirə ediblər.

Qeyd olunub ki, Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması razılaşdırılıb. Komissiyanın mandatı aşağıdakılardan ibarət olacaq:

1. Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası;

2. Sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi.

Sözügedən bəyanatın tam mətni ilə buradan tanış olmaq olar.

Görüşün yekunu olaraq Aİ Şurasının Prezidenti jurnalistlərə müsahibə verib.


Tərəflərin sülh müqaviləsinə yaxınlaşmaları barədə suala cavabında Şarl Mişel bildirib ki, görüşdə bu istiqamətdə mühüm addım atılıb. Lakin əlavə edib ki, sazişin hazırlanmasının nə qədər çəkəcəyini proqnozlaşdırmaq çətindir.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb və 4 saatdan artıq davam edib.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Bütün Xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə dördüncü dəfə raket atəşinə tutuldu

Bütün Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Bütün Xəbərlər
10 oktyabr 2026, 16:43

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

Bütün Xəbərlər
10 oktyabr 2026, 16:07

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı "Bakı Ağ Şəhər"də olublar

Bütün Xəbərlər
10 oktyabr 2026, 16:02

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

Bütün Xəbərlər
10 oktyabr 2026, 15:47

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib

Bütün Xəbərlər
10 oktyabr 2026, 14:14

Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Bütün Xəbərlər
10 oktyabr 2026, 13:16

Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Bütün Xəbərlər
10 oktyabr 2026, 11:19

Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyən edilib

Bütün Xəbərlər
10 oktyabr 2026, 10:56

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bütün Xəbərlər
10 oktyabr 2026, 10:11

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasından 87 il ötür

Bütün Xəbərlər
10 oktyabr 2026, 09:37

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Bütün Xəbərlər
10 oktyabr 2026, 09:35

Braziliyada uşaq bağçasında 13 nəfəri girov götürən silahlı şəxs öldürülüb

Bütün Xəbərlər
10 oktyabr 2026, 09:16

Donald Tramp: "Səkkiz Nobel Sülh Mükafatına layiqəm"

Bütün Xəbərlər
10 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün Xəbərlər
09 oktyabr 2026, 16:21

6 övladı olan qadın 48 günlük körpəsi ilə sığınacağa yerləşdirildi – Uşaqların ataları fərqlidir

Bütün Xəbərlər
09 oktyabr 2026, 16:05

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti növbəti dəfə uzadılıb

Bütün Xəbərlər
09 oktyabr 2026, 13:56

Prezident: "Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"

Bütün Xəbərlər
09 oktyabr 2026, 13:35

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir

Bütün Xəbərlər
09 oktyabr 2026, 13:31

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Bütün Xəbərlər
09 oktyabr 2026, 13:18

Ağır cinayətləri sifariş etməkdə ittiham olunan "Dəyirman Vahid"ə hökm oxundu

Bütün Xəbərlər
09 oktyabr 2026, 13:12

Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq

Bütün Xəbərlər
09 oktyabr 2026, 12:03

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir

Oxşar xəbərlər