Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld bir qrup azərbaycanlı jurnalistlə görüşüb. Bu barədə İnsanoid bu gün, 11 mart tarixində xəbər verir.
O, bu barədə öz Twitter səhifəsində paylaşım edib.
“Çox vacib görüşüm oldu. Azərbaycanın media nümayəndələri ilə görüşüb söhbət etdik. Hamımızı maraqlandıran məsələlərlə bağlı maraqlı müzakirə apardıq", - o bildirib.
Qeyd edək ki, görüşdə “Report” İnformasiya Agentliyinin əməkdaşı da iştirak edib.