Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld İlaxır çərşənbə münasibətilə azərbaycanca video yayımlayıb.
Səfir bununla bağlı öz “Twitter” hesabında paylaşım edib.
Diplomat videoçarxda plastik torbaların ətraf mühiti çirkləndirməsinə diqqət yetirib.
Onun sözlərinə görə, yeni qanun cəmi bir ay müddətində Azərbaycanın ən böyük supermarketlər şəbəkəsində plastik paketlərin dövriyyəsini artıq 25% azaltmışdır.
“Alış-veriş edərkən ekoloji təmiz parça çantalardan istifadə edin”, - deyə Fergus Auld əlavə edib.
Qeyd edək ki, fevralın 15-dən Azərbaycanda plastik paketlərin ödənişli olması barədə qanun qüvvəyə minmişdir.
İlaxır Çərşənbəniz mübarək!
???
Torpağımızı, planetimizi qorumaq üçün plastikdən istifadəni azaltmalıyıq. pic.twitter.com/pRD0GMlHRu— FergusAuldFCDO (@FergusAuldFCDO) March 14, 2023