Bu gün bir qrup azərbaycanlı Türkiyənin Adana şəhərindən Azərbaycana təxliyə olunacaq. Bu barədə Report 9 fevral tarixində məlumat verib.
Təxliyə avtobusu bu gün, fevralın 9-da saat 17:00-da Adana avtovağzalından Azərbaycana yola düşəcək.
Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntılara və minlərlə itkilərə səbəb olub.