Azərbaycanda Beynəlxalq Qadınlar Günü sovet dövründən başlayaraq hər il 8 mart tarixində qeyd edilir. Bu günün BMT tərəfindən xüsusi gün kimi tanınmasına baxmayaraq, bir çox ölkələrdə bu bayram o qədər də populyar deyil.
Beynəlxalq Qadınlar Günü fəhlə hərəkatından sonra bayram kimi qeyd olunmağa başlayıb. 1908-ci ildə 15 min qadın iş gününün qısaldılması, əməkhaqqının artırılması və səsvermə hüquqları tələbi ilə Nyu-York şəhərində nümayişə çıxıb. Bir il sonra, fevralın son bazar günü (həmin il 28 fevral) Zəhmətkeş Qadınlar Günü elan edilib.
1910-cu ildə alman sosial-demokrat xadim Klara Setkin Kopenhagendə konfrans zamanı Qadın Bərabərliyi və Emansipasiyası uğrunda Beynəlxalq Mübarizə Gününü təsis etməyi təklif edib. Lakin tarix müəyyən olunmadı. 1911-ci ildə qadınların gününü ilk dəfə Almaniya, Avstriya-Macarıstan, Danimarka və İsveçrədə qeyd ediblər. Bu hadisədən bir müddət keçdikdə bir sıra ölkələrdə olan müzakirələrdən sonra, 1914-cü ildə qadınların bayramı üçün 8 mart tarixi seçilir.
1965-ci ildə verilən qərara görə, SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. 1975-ci ildən - Beynəlxalq Qadınlar İli zamanı Birləşmiş Millətlər Təşkilatı 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd etməyə başladı.
Biz də İnsanoid komandası olaraq zərif cinsin güclü nümayəndələri olan xanımları səmimi qəlbdən təbrik edir, onlara qadın xoşbəxtliyi arzu edirik!