Bu gün bir qrup azərbaycanlı Türkiyənin Adana şəhərindən Vətənə təxliyə olunacaq. Bu barədə 10 fevral tarixində Report Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən məlumat verib.
Təxliyə avtobusu fevralın 10-da saat 17:00-da Adana avtovağzalından Azərbaycana yola düşəcək.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə bir neçə zəlzələ baş verib. Nəticədə 18 342 nəfər ölüb, 74 242 nəfər yaralanıb.