Lütfi Zadə kimi tanınan alim - Lütfəli Rəhim oğlu Ələsgərzadə 4 fevral 1921-ci ildə Bakı şəhərində anadan olub.
Lütfi Zadə üçüncü sinfədək təhsilini Bakıda alıb, sonradan ailəsi ilə birgə Tehrana köçüb. O, 1944-cü ildə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib. Alim 1959-cu ilə qədər ABŞ-də Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya universitetlərində magistr, doktorluq elmi dərəcələrini almış, professor kimi fəaliyyət göstərmişdir. 1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə Elektrik mühəndisliyi və kompüter elmləri kafedrasının rəhbəri işləmişdir.
Lütfi Zadə dünyada əsərlərinə ən cox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən cox istinad edilmişdir. Alim 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri (xarici) üzvü seçilmişdir.
Alim Lütfi Zadə 6 sentyabr 2017-ci ildə 96 yaşında Kaliforniyada vəfat edib.