Bu gün, dekabrın 3-də Goranboy rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu haqda Azəriqaz-dan məlumat verilib.
Belə ki, “Borsunlu” QPS-nin giriş xəttində əmələ gəlmiş nasazlığın ləğvi ilə bağlı saat 10:30-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri görülən müddətdə Goranboy rayonunun Borsunlu, Qazaxlar, Qazanbulaq və Nadirkənd kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.