"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. Bu barədə İnsanoid bu gün, 23 fevral tarixində xəbər verir.
Ağdam təmsilçisi Belçikada "Gent" klubu ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 00:00-da başlayacaq qarşılaşma "Gelamko Arena"da keçiriləcək.
Azərbaycan çempionu matça ciddi itkilərlə çıxacaq. Qapıçı Şahruddin Məhəmmədəliyev, müdafiəçi Abbas Hüseynov və yarımmüdafiəçi Marko Yankoviç zədə səbəbindən oyunu buraxacaqlar.
"Köhlən atlar" Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazandığından istənilən heç-heçə və ya qalibiyyət komandanı 1/8 finala yüksəldəcək.
Matçın əsas hakimi şotlandiyalı FIFA referisi Uilyam Kollam təyin edilib.
Hakimlər: Uilyam Kollam, Frensis Konnor, David Rum, Nikolas Uolş (hamısı Şotlandiya)
VAR hakimləri: Devid Kut, Li Betts (hər ikisi İngiltərə)