Azərbaycanda 80 əcnəbi qanunsuz narkotik satışına görə tutulub. Bu barədə İnsanoid Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən bu gün, 28 noyabr tarixində məlumat verir.
Dövlət Komissiyasının 2022-ci ilin yanvar-oktyabr aylarının yekununa dair məlumatda məsuliyyətə cəlb edilmiş 80 xarici ölkə vətəndaşından 37-si İran, 9-u Gürcüstan, 11-i Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna, 1-i Maldiv və 16-sı Rusiya vətəndaşı olması öz əksini tapıb.
Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 039 kq 711,593 qr və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, habelə 16 759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.