Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki ilin yanvar ayı ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 17,2% artaraq 229,9 milyon manat təşkil edib. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 20 fevral tarixli hesabatında əks olunub.
İnformasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin 72,0%-i əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 40,1%-i və ya 92,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.