Bu ilin 10 ayı ərzində Azərbaycanda narkotikə görə 9 564 cinayət faktı aşkarlanıb.
Bu barədə noyabrın 28-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib.
Həmin faktlardan 3 181-i narkotik vasitələrin qanunsuz satışı, 5 902-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 393-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 88-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Həmçinin, göstərilən dövr ərzində 1 kiloqram 809 qram güclü təsir edən maddə, 10 kiloqram 38 qram zəhərli maddə, 80 096 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.