Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda avtobuslarla 1 076 552,3 min sərnişin daşınıb. Bu barədə Dövlət Statistika Komitəsi hesabat yayıb.
Bu da illik müqayisədə 30,2% çoxdur. Hesabat dövründə minik taksilərindən 68 467,3 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 7,7% azdır.
Xatırladaq ki, ötən il Azərbaycanda avtobuslarla 1 032 999,8 min sərnişin daşınıb. Minik taksilərindən isə 86 944 min nəfər istifadə edib.