2022-ci ildə Sumqayıt Kimya Sənaye Parkında daha 3 müəssisə fəaliyyətə başlayacaq. Bu barədə 2 aprel tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinin Twitter səhifəsində məlumat verilib.
Məlumata əsasən, müəssisələrdə sulfat turşusu, şüşə məmulatları və qofralı zərflər istehsal ediləcək. İlk zavod may ayında açılacaq. Həmin müəssisələrdə 300-400 nəfər işlə təmin olunacaq.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında 25 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Parka 3 milyard dollardan çox investisiya yatırılıb. Nəticədə 6 mindən çox yeni iş yeri yaradılıb.