Bakıda intihar hadisəsi olub. Bu barədə 25 mart tarixində Oxu.az məlumat verib.
Hadisə Səbail rayonunda yerləşən Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında baş verib.
Belə ki, 50 yaşlı Rəhimov Rasim Həsən oğlu qüllənin yanındakı estakadadan özünü dənizə ataraq, həyatına son qoyub.
İntiharın səbəbləri bilinmir.
Faktla bağlı araşdırma aparılır.