"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli aviaşirkəti “Buta Airways” Bakıdan Türkiyənin Trabzon şəhərinə uçuşlara başlayacaq. Bu barədə İnsanoid AZAL-in Mətbuat Xidmətinə istinadən bu gün, 7 mart tarixində məlumat verir.
Mayın 4-dən baş tutacaq aviareyslər hər həftənin cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Aviabiletlər “Buta Airways”, həmçinin AZAL-in saytında və aviaşirkətlərin mobil tətbiqlərində mövcuddur.