“Buta Airways” aviaşirkətinin J2-9223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barədə APA 13 aprel tarixində məlumat verib.
AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways”in təyyarəsi yerli vaxtla saat 10:56-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.