Cəlilabad və Biləsuvarın 10 kəndinin elektrik şəbəkəsi yenidən qurulur. Bu barədə 6 aprel tarixində “Azərişıq” ASC məlumat verib.
Məlumata əsasən, Cəlilabad rayonunun Sadatlı, Qamışlıgöl, Xəlilli, Albalan, Güneyli, Allahverən, Məşədilər, Novruzallı, Məlikqasımlı, Yusublu kəndlərində işlərə başlanılıb. Ümumilidə 33 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 786 abonenti olan 10 kənddə elektrik sayğacları da dəyişdiriləcək.
Biləsuvar rayonunun 1 232 abonenti olan Amankənd, Təzəkənd və Dərvişli kəndlərində ümumilikdə 19 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq.
Qeyd olunub ki, digər regionlarda da işlər davam edir.