Cəbrayıl RPŞ əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Bu barədə İnsanoid Apa-ya istinadən bu gün, 12 yanvar tarixində xəbər verir.
Məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbə ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Namiq Babazadə və Əfqan Mahmudzadənin idarəsində olan avtomobil saxlanılıb.
Maşında aparılan axtarış zamanı 2 kiloqramdan artıq marixuana, 1 kiloqramdan artıq heroin və 300 metadon həbi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.