Cəbrayıl rayonu ərazisində yol çəkilişi zamanı Vətən müharibəsində erməni hərbçilərinin atıb qaçdığı sursatlar aşkarlanıb. Bu barədə Report 19 aprel tarixində xəbər verib.
Cəbrayıl rayonunun Hovuslu kəndi ərazisində yol çəkilişi üçün geodeziya işləri aparan şirkətin əməkdaşları yaxınlıqda yeşiklərə yüklənmiş güllələr aşkarlayıblar.
Tapılan sursat “Kalaşnikov” (AK-47) üçün nəzərdə tutulmuş güllələr olub. Ümumilikdə tapılan 7 dolu yeşiyin üzərində hər birinin içərisində 2 150 ədəd güllə olduğu bildirilir.
Şirkət əməkdaşları dərhal Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə əlaqə saxlayaraq ümumi sayı 15 000 ədəddən çox olan gülləni onlara təhvil veriblər.
[caption id="attachment_113141" align="alignnone" width="696"]
Foto Report.az saytı[/caption]