Qarabağın sənaye potensialının dirçəldilməsi və inkişaf etdirilməsi məqsədilə Cəbrayıl rayonunda mobil şəhərcik tikilib. Bu haqda İnsanoid bu gün, 28 noyabr tarixində xəbər verir.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Twitter səhifəsində etdiyi paylaşımda deyilir:
“Qarabağın sənaye potensialının dirçəldilməsi və inkişaf etdirilməsi məqsədilə Cəbrayıl rayonunda 200 hektar ərazidə yaradılmış Araz Vadisi İqtisadi Zonasının sənaye parkında mobil şəhərciyin tikintisi başa çatdırılıb”.
Nazir şəhərcikdə bütün lazımi infrastrukturun yaradıldığını vurğulayıb.
Onun sözlərinə görə, sənaye parkında görülən işlər bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradacaq.