Bu ilin 10 ayı ərzində 52 min nəfərə əlillik təyin edilib. Bu barədə İnsanoid Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifova istinadən bu gün, 2 dekabr tarixində xəbər verir.
İlkin Yusifov "Sosial saat"da bildirib ki, bunun 16700-ü ilkin əlillik, qalanı isə təkrar müraciət nəticəsində aparılan əlilliklərdir:
"Əlillik üçün müraciət edənlər arasında onkoloji xəstəliklərdən əziyyət çəkənlər üstünlük təşkil edir".
Cari ilin 10 ayı ərzində 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçısı olan 374 nəfərə 389 yüksək texnologiyalı protez verilib.
İlkin Yusifovun sözlərinə görə, bundan başqa, 1748 nəfər 28 mindən artıq müxtəlif reabilitasiya vasitələri ilə təmin olunub.