Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ATƏT-nin fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani arasında görüş başlayıb. Bu barədə Report 12 aprel tarixində məlumat verib.
C.Bayramov həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.
Hazırda tərəflər arasında təkbətək görüş keçirilir.
Sonra nazirlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.