Azərbaycanın altı cüdoçusu Polşanın paytaxtı Varşavada start götürəcək Açıq Avropa turnirində mübarizə aparacaq. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 23 fevral tarixində xəbər verir.
Fevralın 25-də baş tutacaq turnir iki gün davam edəcək. Yarışda yığma beş çəki dərəcəsində təmsil olunacaq.
İdmançılara qadınlardan ibarət millinin məşqçiləri İmamverdi Məmmədov və Vüqar Hüseynov rəhbərlik edəcəklər.
48 kq çəki dərəcəsində Ramilə Əliyeva, 52 kq-da Zeynəb Məmmədova, 63 kq-da Diana Şoranova ilə Nərgiz Hacıyeva, 70 kq-da Günel Həsənli və 78 kq-da Aytəkin Paşazadə tatamiyə çıxacaqlar.
Turnirə 44 ölkədən 463 cüdoçu qatılacaq.