2022-ci ilin 9 may tarixində Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçiriləcək. Bu barədə 28 mart tarixində Mədəniyyət Nazirliyi məlumat verib.
Məlumatda bildirilib ki, konsertdən əldə olunacaq gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün "YAŞAT" Fonduna ianə ediləcək.
Link-ə keçid edərək biletləri onlayn sifariş etmək mümkündür.