Masallı, Oğuz, Naftalan, Ucar, Göyçay və Goranboyda ağacəkmə aksiyası keçirilib. Bu haqda noyabrın 29-da APA xəbər verib.
Belə ki, Masallıda 250, Oğuzda 150, Naftalanda 50, Ucarda 200, Göyçayda 280, Goranboyda isə 350 ədəd olmaqla ümumilikdə 1280 ədəd sərv, şam və tuya ağacı əkilib.
“Vətən Bağı”, əsasən, insanların sıx olduğu yerlərdə, parklarda və şəhərin mərkəzlərində təşkil olunur. Bununla da “Vətən Bağ”larının sayı 23-ə çatıb. Əkilən ağaclara qulluq olunması, suvarılması və digər lazımi tədbirlər yerli İcra Hakimiyyəti orqanları və “Qırmızı Ürəklər” Fondu tərəfindən həyata keçirilir.
Qeyd edək ki, 2021-ci ildən etibarən “Qırmızı Ürəklər” Fondu Birinci və İkinci Qarabağ müharibələri zamanı şəhid olan igidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirməyə başlayıb. Hər rayonda həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərinin sayına uyğun ağac əkilir.