SOCAR hava şəraitini nəzərə alaraq, dəniz obyektlərində təhlükəsizlik tədbirlərini gücləndirib. Bu barədə APA 20 dekabr tarixində məlumat verib.
Dekabrın 19-u axşam saatlarından dekabrın 21-i səhər saatlarına qədər hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar SOCAR-ın dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.
SOCAR-dan bidirilib:
“İstehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb”
Dekabrın 19-dan 21-dək Xəzər Dəniz Akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin 18-23 ms,arabir 25-30 ms, açıq dənizdə 33 ms qədər güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-4 metr, Xəzərin orta hissəsində 4-6 metr olacağı gözlənilir.