Bakı şəhərinin Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib. Bu barədə İnsanoid FHN-ə istinadən bu gün, 12 yanvar tarixində xəbər verir.
FHN-in “112” qaynar xəttinə daxil olan məlumatla əlaqədar dərhal hadisə yerinə xilasedicilər və dalğıclar cəlb edilib. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 31 yaşlı Sədi Cəfərov xilas edilib.