Paytaxtın Qaradağ rayonunda yerləşən karxanada insident baş verib. Bu barədə Report 11 aprel tarixində xəbər verib.
Hadisə aprelin 10-u saat 21:00 radələrində paytaxtın Qaradağ rayonunun Korgöz qəsəbəsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 41 yaşlı Qadir Behdudov bədən xəsarəti alıb. O, müalicə olunması üçün 1 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.