Qərb bölgəsində qeyri-sabit hava şəraiti qarın yağması ilə nəticələnib. Bu barədə 31 mart tarixində APA xəbər verir.
Bu gün səhər saatlarında Daşkəsən və Gədəbəy rayonlarına qar yağıb.
Hazırda qarın yağması dayansa da, qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.