2022-ci ilin sonunda Azərbaycanın ÜDM istehsalının həcminin 102 milyard manat olacağı proqnoz edilir. Bu məlumat “Deloitte” şirkətinin hesabatında öz əksini tapıb .
Hesabata əsasən, bu il ÜDM-nin real artımı 4,2% səviyyəsində olacaq.
Sənəddə deyilir ki, 2023-cü ildə ÜDM istehsalı 111 milyard, 2024-cü ildə 121 milyard, 2025-ci ildə isə 133 milyard manatdan çox olacağı gözlənilir.
Azərbaycanda 2021-ci il ərzində 92,8 milyard manatdan çox ümumi daxili məhsul istehsal edilib. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,8%, qeyri-neft-qaz sektorunda isə 7,2% artıb.