Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə İnsanoid “Azərsu” ASC-yə istinadən bu gün, 30 yanvar tarixində xəbər verir.
Məlumata görə, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.