Bakı sakini Qubada 6 kiloqram narkotiklə saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Bakı şəhər sakini İdris Qənbərov saxlanılıb.
Həmin şəxsin üzərinə baxış keçirilən zaman 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana və 1 kiloqramdan çox heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.