Bakıda zoomağazadan 8 tutuquşu, yem, qəfəs, kassa aparatı və pos-terminal oğurlanıb. Bu barədə 19 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
“Zil” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfər saxlanılıb.
Onların M.Ə.Rəsulzadə qəsəbəsindəki zoomağazaların birindən 1 000 manat dəyərində 8 ədəd tutuquşu, yem, qəfəs, kassa aparatı və posterminal oğurlamaları da müəyyən olunub.