"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus kontakt mis naqilləri oğurlayan şəxslər saxlanılıblar. Bu barədə 15 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Şirvan-Osmanlı dəmir yolu mənzilinin 53-cü kilometrliyində, Şirvan Enerji Təchizatı Sahəsinə məxsus uzunluğu 250 metr, dəyəri isə 10 000 manata yaxın olan qoşa kontakt mis naqili oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakinləri - Ə.Əliyusifli və F.Rüstəmov, eləcə də Sabirabad rayon sakini R.Məmmədov saxlanılıblar.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisəsini etiraf edərək əldə etdikləri mis naqili Hacıqabul rayon sakini İ.Quluzadəyə 3 000 manata satdıqlarını bildiriblər.
İ.Quluzadə də polis əməkdaşları tərəfindən saxlanılıb və çəkisi 355 kiloqram olan mis naqil maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.