Futbol üzrə Dünya Çempionatı çərçivəsində Qətərin paytaxtı Doha şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycan mətbəxinin nümunələri təqdim olunub. Bu barədə İnsanoid bu gün, 29 noyabr tarixində xəbər verir.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Twitter” səhifəsində bununla bağlı paylaşım edib:
"Futbol üzrə Dünya Çempionatının keçirildiyi müddətdə Doha şəhərində KOBİA-nın dəstəyi ilə yerli kiçik və orta sahibkarlıq subyektlərimiz dünyanın hər yerindən gələn milyonlarla turistə Azərbaycan mətbəxinin qəlyanaltıları, yeməkləri və içkilərindən ibarət mini-treyler təqdim edirlər".
[caption id="attachment_96141" align="alignnone" width="640"]
Foto Orxan Məmmədovun “Twitter” səhifəsi[/caption]