"DOST Mediasiya Məkanı" fəaliyyətə başlayır. Bu haqda 26 yanvar tarixində Report məlumat verib.
"DOST Mediasiya Məkanı" yeni açılmış 5 saylı Bakı DOST Mərkəzində fəaliyyət göstərəcək. Bu münasibətlə mərkəzdə mediasiya üçün ayrılmış məkanla tanışlıq və məlumatlandırma görüşündə mediasiya proseduru barədə ətraflı məlumat verilib, əmək mübahisələri üzrə müraciətlərin qəbul olunması, mediasiya sessiyalarının aparılması və s. proseslər izah olunub.
Qeyd edək ki, mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur və mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı Qanunla müəyyən olunan prosesdir.