Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati icraçı (B növü) vəzifələr üzrə dekabrın 18-də imtahanlar keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
İştirak etmək istəyənlər “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Onlar hesaba tələb olunan məbləği daxil etdikdən sonra qeydiyyatdan keçə bilərlər.
İnzibati icraçı vəzifələr üzrə imtahana qeydiyyat 6 dekabr saat 23:59-dək aparılacaq. Qiymətləndirilmə Bakı şəhərində keçiriləcək.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı BB qrupu üzrə 6 dekabr saat 23:59-dək, AB, AC, BA qrupları üzrə isə 15 dekabr saat 11:00-dək həyata keçiriləcək.