top
Dövlət qulluqçularının rotasiyası üçün yeni qayda müəyyənləşir
24 fevral 2023, 05:26
- ↺ +

Dövlət qulluqçularının rotasiyası üçün yeni qayda müəyyənləşir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclis "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişiklik  layihələrini 3-cü oxunuşda qəbul edib. Bu barədə Report 24 fevral tarixində məlumat verib.

Dəyişiklik layihələri parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qanuna təklif edilən dəyişikliklə dövlət qulluqçularının rotasiyası üçün yeni qayda müəyyənləşir.

Dəyişikliyə əsasən, dövlət qulluqçusunun rotasiyası onun qulluq keçdiyi dövlət orqanı rəhbərinin qərarı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçiriləcək.

Qanunun 31-1.1-ci maddəsində nəzərdə tutulan qaydada siyahısı müəyyən edilən dövlət qulluqçuları rotasiya qaydasında başqa vəzifəyə təyin edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, binası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınacaq.

Daha bir dəyişiklik Azərbaycanda dövlət qulluqçularının reyestrinin aparılması ilə bağlıdır. Belə ki, dəyişikliklə qanuna yeni - Dövlət qulluqçularının reyestri maddəsi əlavə olunur. Yeni maddəyə əsasən, dövlət qulluqçularının reyestri dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər, habelə dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatlardan ibarət dövlət informasiya ehtiyatıdır.

Dövlət qulluqçuları reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq. Qanunun 15-3.3-cü maddəsində nəzərdə tutulan qaydanın tələblərinin pozulması qanunla nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olacaq.

Daha bir təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda 5 ildən az qulluq keçən dövlət qulluqçularına rotasiya qaydası tətbiq olunmayacaq.

Həmçinin dəyişiklik layihələrindən biri dövlət qulluqçularının irəli çəkilməsi zamanı rotasiya olunmuş şəxslərə üstünlük verilməsi ilə bağlıdır. Belə ki, dövlət qulluğunda irəli çəkilmək hüququ dövlət qulluqçularının öz vəzifələrini müvəffəqiyyətlə və vicdanla yerinə yetirməsi, vakant vəzifə olması, habelə vakant vəzifənin tələblərinə uyğun olaraq, əlavə təhsilalmanın nəticələri nəzərə alınmaqla həyata keçirilir. Rotasiya olunmuş inzibati vəzifə tutan dövlət qulluqçularına üstünlük veriləcək.

Eyni zamanda rotasiya qaydasında yaşadığı ərazidən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş veriləcək.

Bundan başqa, dövlət qulluqçusunun potensialından düzgün istifadə edilərək hərtərəfli inkişafına şərait yaratmaq, onun dövlət qulluğunda irəli çəkilməsi və motivasiyasının təmin edilməsi və dövlət qulluğunda insan resurslarından daha səmərəli istifadə edilməklə dövlət orqanının kadr tələbatına olan ehtiyacını vaxtında ödəmək məqsədilə dövlət qulluqçusunun karyerası planlaşdırılır. Dövlət qulluqçularının karyerasının planlaşdırılması üçün dövlət orqanları tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət qulluqçusunun karyera inkişaf planı hazırlanacaq.

 

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Yerli xəbərlər
Bu gün, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Bu gün, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Oxşar xəbərlər