Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində araşdırmalara başlayıblar. Bu barədə 23 noyabr tarixində Oxu.az məlumat verib.
Məlumata əsasən, hazırda NMR Gömrük Komitəsinin bəzi əməkdaşları Komitə binasında saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindirilirlər. Binada axtarışlar aparılır.
Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərdə qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.