Dubayda Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri ilə martın 26-da görüş baş tutub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi xəbər paylaşıb.
Tədbir “Dubai Expo 2020” sərgisindəki Azərbaycan pavilyonunda keçirilib. Orada Komitənin sədri Fuad Muradov çıxış edib. O, dünya azərbaycanlılarını “Şuşa ili” və Novruz bayramı münasibətilə təbrik edib.
Sədr, həmçinin Zəfər bayramının BƏƏ-də qeyd olunduğunu, orada yaşayan azərbaycanlıların 5 000 şəhid və qazi ailəsinə dəstək göstərdiyini vurğulayıb.